Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə
Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya
tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsində
(referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən qüvvəyə
minmişdir.
2002-ci il avqustun 24-də ümumxalq səsverməsində (referendumda) qəbul
edilmiş dəyişikliklərlə. 2009-cu il martın 18-də ümumxalq səsverməsində
(referendumda) qəbul edilmiş əlavə və dəyişikliklərlə.
2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda)
qəbul edilmiş əlavə və dəyişikliklərlə.
Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək,
“Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya
aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin
firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və
təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək
nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə
edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir: - Azərbaycan
dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq; -
Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək; - vətəndaş
cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
- xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi,
dünyəvi dövlət qurmaq; - ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq,
hamının layiqli həyat səviyyəsini təmin etmək; - ümumbəşəri dəyərlərə sadiq
olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində
yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək. Yuxarıda sadalanan
ülvi niyyətlərlə ümumxalq səsverməsi - referendum yolu ilə bu Konstitusiya
qəbul edilir Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi
ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan
komissiya tərəfindən hazırlanmış, 1995-ci il noyabrın 12-də ümumxalq
səsverməsində (referendumda) qəbul edilmişdir. 1995-ci il noyabrın 27-dən
qüvvəyə minmişdir.

qəbul edilir